İki ay əvvəl açıqlanan Grand Theft Avto V-dən o vaxtdan bu yana çox geniş bir məlumat yoxdur.Deyilənlərin hamısına yaxını dedi-qodudan ibarətdir.
Belə getsə bir müddət daha da məlumat ala bilməyəcəyik.Game Informer jurnalına müsahibə verən Dan Houserdən də çox məlumat çıxmayıb.Jurnalın son sayındakı müsahibədə sualları cavablandıran Houser,"GTA V-in videosu yayımlandı.Lakin oyun haqqında məlumat çox azdır.Layihə haqqında danışa bilərsinizmi?" sualına aşağıdakı cavabı verib;
"Hal-hazırda çox diqqətli olmalıyam,çünki ağızımdan bir şey qaçırsam ofisdəkilər məni öldürər.Mətbuata edilən açıqlamadakı məlumatlara sadiq qalaraq deyə bilərəm ki,GTA V Los Santosda keçəcək,çöl bölgələr əksəriyyətdə olacaq.Xəritə isə digərlərinə görə çox böyükdür."
