Blogger Widgets





Bahalı telefon modelləri ilə tanınan Vertu, Android əməlliyat sisteminə sahib ilk telefonu olan Vertu Ti modelini və qiymətini açıqlayıb.

Qualcomm Snapdragon S4 1.7 GHz prosessora və 1 GB RAM-a sahib Vertu Ti, 3.7 düym ekrana sahibdir. 8 MP kamerasıyla 1080p video çəkiliş edə bilən Vertu Ti



Son aylarda artan iddialar Sony'nin bu il içərisində Playstation 4-ü ictimaiyyətə təqdim edəcəyini göstərirdi.Deyəsən, Sony də oyun həvəskarlarını çox gözlətmək istəmir.





Microsoftun uzun müddətdir gözlənilən Windows 8 Pro əməliyyat sisteminə sahib planşeti Surface Pro, 9 Fevralda Amerika və Kanadada satışa çıxarılacaq. 

Surface Pronun çıxış tarixi daha əvvəl yanvar ayı olaraq müəyyən edilmişdi amma bu qərar dəyişilərək planşetin fevral ayında satışa çıxacağı açıqlandı.  

10.6 düym 1920x1080 piksel həllolma əmsallı ekrana sahib Core i5 prosessorlu Surface Pronun ,64 GB tutumlu modeli 899 Dollar qiyməti ilə satışa təqdim ediləcək. Android planşetlər və iPad'ə qarşı güclü bir rəqib olaraq görülən Surface Pro'nun nə qədər satılacağı indidən bir çoxları üçün maraqlıdır.





Samsung Galaxy S4 haqqında gələn iddialar,gələn aylarda ortaya çıxması gözlənilən telefonun kabelsiz batareya yığma funksiyasıyla gələcəyini deyir.

Koreya veb saytı DDailyə görə Samsung, Galaxy S4-dən ayrı olaraq xüsusi bir arxa qapaq və kabelsiz batareya stansiyası satışa təqdim edəcək. Bu aksesuarın qiymətinin nə qədər olacağı isə hələlik bilinmir. İddialar, Galaxy S4-ün çıxış tarixiylə əlaqədar hər hansı bir məlumat da vermir.

Sayta görə Samsung, kabelsiz batareya yığmada daha inkişaf etmiş bir texnologiya üzərində işləyir. Bu alternativ və daha inkişaf etmiş üsul, "rezonans maqnit bərabərləşdirmə" olaraq adlandırılır və güc mənbəsindən 2 metr qədər uzaqlıqdan batareya yığılmasına imkan verir. Maqnit kabelsiz batareya yığılması,Nokia Lumia 920 kimi bəzi telefonlar kimi güc mənbəsinə təmas etməyi tələb etmir. Bununla belə DDailyə görə rezonans maqnit bərabərləşdirmə hələlik çox bahalı olduğundan, Samsungun standart kabelsiz batareya yığılması üsulundan istifadə etmə ehtimalı daha yüksəkdir.

Lumia 820, Lumia 920, HTC 8X kimi yeni telefonların kabelsiz batareya yığma funksiyası ilə gəlməsi, Galaxy S4-ün həqiqətən də belə bir funksiyaya sahib ola biləcəyini göstərir.





Mobil cihazlarda oynanan oyunlar arasında çox məşhur olan Temple Run'ın ikinci oyunu yayımlandı.Oyunun ilk versiyası əvvəl  iOS üçün satışa çıxmış  və aldığı müsbət reaksiyalar nəticəsində Android cihazlara da gəlmişdi.

İnkişaf etdirilən və xüsusiyyətləri artırılan oyunda artıq iplərlə fərqli hissələr arasında keçiş etmə, fərqli maneələri aşma, öldükdən sonra kristal vasitəsilə ən başdan deyil bir əvvəlki qeyd edilən nöqtədən başlama kimi xüsusiyyətlər var. Temple Run 2 hal-hazırda yalnız iOS cihazlar üçün yayımlanıb.  
Androidə də gələcək!

Gələn həftə Temple Run 2-nin Android versiyasının da bazara yayımlanacağı açıqlanıb.Pulsuz olan Temple Run 2-ni iOS cihazınıza yükləmək üçün bu linkdən istifadə edə bilərsiniz.




Asus, CES-in ardından yeni cihazını təqdim edib . Google'nin uyğun qiymətli həbi Nexus 7-ni istehsal edən firma, 150 Dollar qiymətə sahib bir planşet modelini istifadəçilərə təqdim edib. Asus Memo Pad ME172V adlı planşet, 7 düym ölçüyə sahibdir.

1024 x 600 piksel həllolma əmsalı, 7 düymlük ekran sahib cihazda, ARM Cortex A9 əsaslı 1 GHz sürətində işləyən Via VM8950 prosessor istifadə edilir.

8 və 16 GB yaddaş variantlarının olacağı planşetdə, 5 GB-lik Asusun bulud yaddaş servisi hədiyyə olaraq təqdim ediləcək. MicroSD girişi ilə yaddaşını artıra biləcək olan planşetdə, Android 4.1 Jelly Bean əməliyyat sistemi istifadə edilir.

Asusun 4270mAh-lik bir batareya istifadə etdiyi Memo Pad, təxminən 7 saat batareya ömürü təqdim edir. Cihazın qalınlığı 11.2 mm, ağırlığı isə 370 qramdır.

Planşet aprel ayında 149 Dollara ABŞ-da satışa təqdim ediləcək.




Google'nin xəritələr xidmətinin Windows Phone'lu telefonlarda istifadəsinə qadağa qoyduğunu bir neçə gün əvvəl xəbər vermişdik.Google Maps'ə daxil olmaq istəyən istifadəçilər Google'nin əsas səhifəsinə yönləndirilirdi.

İstifadəçilər arasında narazılığa səbəb olan bu qərarla əlaqədar olaraq Google ilk açıqlamasında günahın İnternet Explorerda olduğunu bəyan etmişdi.

Amma qısa bir müddət sonra Google bu qərarını dəyişmək məcburiyyətdə qaldı.

Microsoft etdiyi açıqlamada IE-in Google Maps'i göstərmək barədə bir probleminin olmadığı dedi və Googıe bu açıqlamadan sonra geri addım atmaq məcburiyyətində qaldı.

Beləliklə, Google qoyduğu qadağa qərarından bir gün sonra geri dönərək, Nokia istifadəçiləri üşün Google Maps servisini geri qaytarmış oldu.