Blogger Widgets






Facebook birjaya açıldıqdan sonra itirdiyi dəyər və prestiji yenidən qazanmaq məqsədiylə bir çox yeni xüsusiyyəti art arda istifadəyə verir.Bu yeniliklərdən ən son olanı isə hal-hazırda test mərhələsində olan ‘Want' düyməsidir.


Daha əvvəl də gündəmə gələn və Facebookun üzərində çalışdığını açıqladığı  "Want" düyməsi, "Bəyən" düyməsinin yanına gətirilir.Hələlik haqqında rəsmi bir açıqlama olmayan düymə Facebook inkişaf etdiricilərindən (developer) Tom Waddington tərəfindən görülüb.


Düymənin funksiyası haqqında hələ ki dəqiq bir məlumat yoxdur.Ancaq Zaman Tunelinə birləşik olma ehtimalı yüksək kimi görünür.Digər tərəfdən "Want" düyməsinin marketinq şirkətləri və e-ticarət saytları üçün rahat ola biləcəyini proqnozlaşdırmaq çətin deyil.Həmçinin bu düymə ilə istifadəçilər hansı məhsullarla maraqlandıqlarını da ifadə edə biləcəklər.


Bu yeniliklə birlikdə Facebookun birjadakı dəyərini artırmağı düşündüyü və yeni bir gəlir modeli planlaşdırdığı aydındır.Ümid edirik bu yenilik həm istifadəçiləri həm də şirkətləri məmnun edər.

Leave a Reply