Blogger Widgets





Facebookdan sonra ən çox ziyarət edilən sosial şəbəkə olan Twitterdən yeniliklər gəlməyə davam edir. Bir müddət əvvəl təsdiqli (verified) profillərdə yalnız oxşar profillərin tweetlərini göstərəcəyini açıqlayan firma üzvlərdən müsbət reaksiyalar almışdı.


NASCAR ilə "etiket səhifələri"ni istifadəyə verən mikro blog bu mövzudakı ikinci addımını atdı.Hal-hazırda davam edən AVRO-2012 artıq Twitter'dədir.Açdığı xüsusi səhifə sayəsində çempionat haqqındakı məzmun və tweetləri yayımlayan platforma doğru və anbaan məlumat üçün diqqətlə hərəkət edir.


Daha çox futbolçuların, şərhçilərin və televiziya sahəsində çalışan şəxslərin tweetlərinin yayımlandığı axış ekranında #Euro2012 etiketi ilə siz də fikirlərinizi dilə gətirə bilərsiniz.


Twitter bu hərəkətiylə dünya səviyyəsində izlənilən fəaliyyətlərdə adını eşitdirərək istər insanların istərsə də rəsmi təşkilatların marağını özünə cəlb etmək istəyir.Hər nə qədər Avro 2012 səhifəsi üçün UEFA-nın bir sponsorluğu olmasa da təşkilatın vəziyyətdən xəbərdar olduğu və dəstəklədiyi edilən şərhlər arasındadır.

Leave a Reply