Apple-nin bu il üçün ən böyük layihəsi olaraq gözlənilən televizor layihəsiylə əlaqədar məlumatlar yavaş yavaş meydana çıxır.Əvvəlcə ekranının Sharp tərəfindən istehsal ediləcəyi ortaya çıxan Apple-nin televizorunun ölçüləri də müəyyən oldu.
Digitimesin xəbərinə görə Apple-nin satışa çıxaracağı televizorlar 32 və 37 inçlik iki fərqli modelə sahib olacaq.Daxili Apple TV kimi bir sistemin olacağı Apple televizorları yenə tətbiq əsaslı olacaq və təxminən iOS-un fərqli bir modelini istifadə edəcək.
Sharp ekranını istifadə edəcək olan Apple televizorları Full HD olacaq və çiplərini də Samsung istehsal edəcək.2012-ci ilin yay aylarında satışda olması gözlənilsə də təxminən ikinci ya da üçüncü dörddəbirdə satışa çıxacağı deyilir.
