Facebook,Sentyabr ayında reallaşdırılan F8 konferasında Facebook üçün radikal bir yenilik olan Timeline profil səhifəsini tanıtmışdı.Yeni profil səhifəsi köhnəyə nəzərən daha çox funksiyalar daşıyır.Mark Zukerberq tərəfindən tanıdılan Timeline-ın neçə aydır aktif olmaması istifadəçilər tərəfindən narazılığa səbəb oldu.
Sentyabr ayında tanıdılan və eyni ay içərisində açılması gözlənilən Timeline,eyni ada sahib bir firmanın müəllif hüquqları iddiası ilə Facebook-u məhkəməyə verməsi səbəbiylə təxirə salınmışdı. Məhkəmə başa çatmasa da Facebook,Timeline-ın 24 oktyabrda açılacağını açıqladı.Ancaq 24 oktyabrda da Timeline açılmadı və bundan sonra Timeline-ın nə zaman açılacağı sual altında qaldı.
Noyabr ayının keçməsinə baxmayaraq Timeline-ın hələdə açılmaması istifadəçilərin çoxsaylı suallarına səbəb olub.Facebook-un səlahiyyətli şəxsi tərəfindən edilən açıqlamada Timeline funksiyasının hələ inkişaf etdirildiyi və istənilən səviyyəyə gəlməmiş istifadəçilərə açılmayacağı bildirilib.
Xatırladaq ki,Timeline funksiyasını Developer versiyasıyla istifadə etmək mümkündür.
