Google'ın sosial şəbəkəsi Google+ 100 milyon istifadəçiyə çatıb.
19 yanvarda dördüncü dörddə bir nəticələrini açıqlayan Google,Google+'ın 90 milyon istifadəçi sayına çatdığını bildirmişdi.Amma üstündən hələ 20 gün keçməsinə baxmayaraq sosial şəbəkənin 100 milyon üzvü var.
Google+ istifadəçi sayına görə 2 həftədə 10%-lik böyümə göstərib beləliklə.
Araşdırmalara görə 2012-ci ilin axrında saytın üzv sayı 400 milyon olacaq.
Sosial şəbəkənin qısa zamanda bu qədər böyüməsində iki səbəb var.Bu səbəblərdən birincisi Google'nin yaş limitində dəyişikliyə getməsidir.Google,keçən həftəyə qədər ancaq 18 yaş və üzərindəkilərin sayta üzv olmasına icazə verirdi.13 - 17 yaş arasındakı gənclər keçən həftədən etibarən Google+'a üzv olmağa başlayıb.
İkinci səbəb isə,Google axtarış nəticələrinin ictimailəşməsidir.Yeni Google axtarışları Google+'a görə ‘şəxs mərkəzli' və ‘ümumi' olaraq ikiyə ayrılmışdı.
