İnsanların bəyəndiyi şəkilləri "Pin"ləmə ilə paylaşmasınıa imkan verən sosial şəbəkə Pinterest yoluna əmin addımlarla davam edir.Hələ ki ölkəmizdə çox istifadəçisi olmasa da xarici ölkələrdə xeyli istifadəçisi olan Pinterest böyük maraqla qarşılanıb.
Qısa müddətdə sürətli bir yüksəliş edən Pinterest bunu -Facebook və Twitter'dən sonra- ən məşhur 3. sosial şəbəkə olaraq taclandırmışdı
.Lakin işlərin yaxşı getməsinə baxmayaraq saytda kiçik bir geriləmə dövrü yaşanır.
ComScore tərəfindən istifadəçi məlumatlarında edilən araşdırma nəticəsində sayta Fevral - Mart ayında gələn istifadəçi sayı Yanvar- Fevral ayına görə ciddi eniş göstərib.
Çünki 6,1 milyon yeni ziyarətçi keçən dövr 900,000-ə düşüb.
Yeni istifadəçi mövzusunda geriləməyə gedən saytın cəmi ziyarətçisi isə 17,8 milyondan 18,7 milyona çıxıb.Əslində belə məşhur platformalar üçün çox normal olan durğunluq dövrü digər tərəfdən ediləcək yeniliklər üçün də bir faktor olur.Yəni firmalar enişin davam etməsi halında etdikləri yeniliklərlə köhnə mövqeləri üçün mübarizə aparırlar.
Ancaq sayt haqqındakı ümumi rəy,artışın eyni şəkildə davam edəcəyidir.

