Təhlükəsizlik firması Sophos,hər 5 Macdan birində pis məqsədli bir proqram tapıldığını,ancaq bunların böyük bir hissəsinin Windowsa təsir edən viruslar olduğunu aşkarlayıb.100.000 Mac üzərində edilən araşdırmaya görə virusların böyük bir hissəsi Mac əməliyyat sisteminə birbaşa təsir etmir, ancaq yenə də digər kompüterlərə düşmə xüsusiyyətini davam etdirir.
Ancaq bu, Mac'ların viruslardan tamamilə təmizlənmiş olduğunu göstərmir.Araşdırmaya görə hər 36 Macdan biri,Mac OS X əməliyyat sisteminə də təsir edən bir virus daşıyır.
Bu yaxınlarda yaşanan virus hücumlarından sonra artıq pis niyyətli proqramçıların da birbaşa Mac OS X əməliyyat sistemini hədəf alan virus,trojan və spyware çıxarmağa başlaması ilə Mac istifadəçilərinin də daha diqqətli olmaları lazım olduğunu vurğulayan firma,pis məqsədli proqramların USB yaddaşlar,e-mail əlavələri, internetdən yüklənilənlər və başqa bir proqram yükləyərkən bulaşa biləcəyini ifadə edirlər.
Mac istifadəçilərinin bir çoxunun antivirüs proqramı istifadə etmədiyinə diqqət çəkən Sophos,bu vəziyyətin də yaxın zamanda dəyişməsi lazım olduğunu açıqlayıb.
