Blogger Widgets



Nokianın artıq üzərində işləmədiyi MeeGo əməliyyat sistemi və 2016-ya qədər dəstək verəcəyi Symbiandan sonra geriyə qalan tək ümidi olan Windows Phone platforması üçün işləri davam edir.


Windows Phone 8-in çıxmağına az qalmış gözdən düşən Windows Phone 7 əməliyyat sisteminin əsas telefonlarından Lumia 900-ün çəhrayı rəngi hazırlanıb.


Çəhrayı Lumia 900, AT&T tərəfindən satışa 15 İyulda çıxarıalcaq. Beləliklə Lumia 900 ailəsi mavi,qara və ağdan sonra 4-cü bir rəng qazanmış oldu.


Məhsulun qiyməti və xüsusiyyətləri digər Lumia 900 modelləriylə eyni olacaq. AT&T müqaviləli olaraq telefonu 99.99 dollardan satır.


Bunun satışlara təsir edəcyini düşünməsəm də Nokia bazarda itirdiyi payı geri qazana bilmək üçün ən kiçik şeyləri belə fikirləşir.

Leave a Reply