Yapon Macotakara adlı blogun, Apple'nin daxilində olan mənbələrindən aldığı məlumatlara görə Apple yeni iPad'ini gələn ilin Martında satışa çıxarmağa hazırlaşır.Digər iddia isə bu tarixdə iPad mini 2-nin retina ekranlı versiyasının satışa çıxacağıdır.
Yaponca dərc olunan blogda iddia olaraq nəşr olunan yazıda, beşinci nəsil iPad əvvəlki iPad'lərə görə, daha incə və yüngül olacaq.
Hələ iPad mini'nin satışa çıxmasından 1 ay keçməsinə baxmayaraq yeni iPad xəbərlərinin çıxması iPad mini istifadəçilərinin heç xoşuna gəlməyəcək.iPad 3'ün çıxışından bir neçə ay sonra retina ekranlı iPad 4'ün çıxmasına bənzər olaraq,iPad minidən sonra retina ekranlı "yeni" iPad mini 2 çıxarsa bu böyük ehtimalla Apple fanları və digər istifadəçilərin narazıçılığına səbəb olacaq.

