Blogger Widgets




Ötən günlərdə Meksikadan gələn iddialar Nokia-nın yeni telefonu Lumia 505-i satışa çıxaracığını desə də Nokia bu məlumatı rəsmi olaraq təsdiqləməmişdi.

Bu gün isə Nokia, Lumia 505-i rəsmi olaraq təqdim etdi.Qiyməti hələ açıqlanmasa da olduqca uyğun bir qiymətlə satışa təqdim ediləcəyi düşünülən Lumia 505, Windows Phone 7.8 əməliyyat sistemi ilə çalışacaq.
Lumia 505, 3,7" ölçülü AMOLED ekran, 800MHz prosessor, 256MB yaddaş və 8MP Carl Zeiss obyektivli kamera ilə birlikdə satışa təqdim ediləcək.

Cihazın qırmızı, sarı, ağ, qara, boz, mavi və bənövşəyi rəng variantları ilə birlikdə satışa təqdim ediləcəyi də nümayiş olunan şəkillərdən aydın olur.

Telefonun daxili yaddaşı 4GB olacaq ve microSD kart girişi olmayacaq.Amma, Nokia SkyDrive ilə bulud servisi təqdim edir və bu da əlavə olaraq 7 GB yaddaş deməkdir.

Leave a Reply