Samsung Galaxy S4 haqqında gələn iddialar,gələn aylarda ortaya çıxması gözlənilən telefonun kabelsiz batareya yığma funksiyasıyla gələcəyini deyir.
Koreya veb saytı DDailyə görə Samsung, Galaxy S4-dən ayrı olaraq xüsusi bir arxa qapaq və kabelsiz batareya stansiyası satışa təqdim edəcək. Bu aksesuarın qiymətinin nə qədər olacağı isə hələlik bilinmir. İddialar, Galaxy S4-ün çıxış tarixiylə əlaqədar hər hansı bir məlumat da vermir.
Sayta görə Samsung, kabelsiz batareya yığmada daha inkişaf etmiş bir texnologiya üzərində işləyir. Bu alternativ və daha inkişaf etmiş üsul, "rezonans maqnit bərabərləşdirmə" olaraq adlandırılır və güc mənbəsindən 2 metr qədər uzaqlıqdan batareya yığılmasına imkan verir. Maqnit kabelsiz batareya yığılması,Nokia Lumia 920 kimi bəzi telefonlar kimi güc mənbəsinə təmas etməyi tələb etmir. Bununla belə DDailyə görə rezonans maqnit bərabərləşdirmə hələlik çox bahalı olduğundan, Samsungun standart kabelsiz batareya yığılması üsulundan istifadə etmə ehtimalı daha yüksəkdir.
Lumia 820, Lumia 920, HTC 8X kimi yeni telefonların kabelsiz batareya yığma funksiyası ilə gəlməsi, Galaxy S4-ün həqiqətən də belə bir funksiyaya sahib ola biləcəyini göstərir.

