Blogger Widgets




Firmalar arası rəqabət, artıq tətbiqlər (applicationlar) cəbhəsində də yaşanır.

Google, YouTube xidmətinin, Windows Phone 8 əməliyyat sistemində istifadə edilməsinə icazə verməyəcəyini açıqlamışdı.Google'nin yalnız YouTube deyil, başda Gmail olmaq üzrə bir çox tətbiqini Windows Phone 8 üçün çıxarmayacağı bilinir.

Oxşar bir vəziyyət isə indi də Google Maps üçün yaşanır.Google, məşhur xəritə xidməti Google Maps'ın Windows Phone 8 əməliyyat sistemində yer almayacağını açıqlayıb. 

Google, Maps xidmətini bu telefonlara gətirə bilməyəcəyini, çünki bu tətbiqin Chrome kimi Webkit əsaslı brouzerlərdə işləyə bildiyini, Internet Explorer istifadə edən Windows Phone'nin isə bu səbəbdən sıradan çıxarıldığını deyib.

Google'nin, ayrı bir xəritə tətbiqi yaratmayacağı onsuz da əvvəlcədən bilinirdi lakin bu platformanı istifadə edən telefonların, brouzerdən belə Google Maps'i istifadə edə bilməyəcək olması böyük bir mənfidir.

Leave a Reply