Google'nin xəritələr xidmətinin Windows Phone'lu telefonlarda istifadəsinə qadağa qoyduğunu bir neçə gün əvvəl xəbər vermişdik.Google Maps'ə daxil olmaq istəyən istifadəçilər Google'nin əsas səhifəsinə yönləndirilirdi.
İstifadəçilər arasında narazılığa səbəb olan bu qərarla əlaqədar olaraq Google ilk açıqlamasında günahın İnternet Explorerda olduğunu bəyan etmişdi.
Amma qısa bir müddət sonra Google bu qərarını dəyişmək məcburiyyətdə qaldı.
Microsoft etdiyi açıqlamada IE-in Google Maps'i göstərmək barədə bir probleminin olmadığı dedi və Googıe bu açıqlamadan sonra geri addım atmaq məcburiyyətində qaldı.
Beləliklə, Google qoyduğu qadağa qərarından bir gün sonra geri dönərək, Nokia istifadəçiləri üşün Google Maps servisini geri qaytarmış oldu.

