Ölkəmizdə də bir çox istifadəçisi olan Instagram, son nəşr etdiyi istifadəçi müqaviləsi ilə öz-özünü çətin vəziyyətə salmış ola bilər.AppStats'ın məlumatlarına görə, yeni müqavilənin qüvvəyə mindiyi 18 dekabr günü, Instagramın gündəlik istifadəçi sayı 16,35 milyondan 5,2 milyona düşüb.
Hər nə qədər 19 dekabrda istifadəçilərin sayı 15,88 milyona çatsa da, sonrakı üç həftə boyunca stabil olaraq eniş davam edib və 12 yanvar həftəsində 7,81 milyon gündəlik istifadəçiyə enib. Müqavilədən qabaq 17 dekabrdakı 16,35 milyon istifadəçini göz önünə alsaq, Instagramın son bir ayda gündəlik istifadəçilərinin yarısından çoxunu itirdiyi müşahidə edilir.
Twitter ilə ələqəsini kəsən, ardından müqaviləsini yeniləyərək istifadəçilərin fərdi şəkilləri üstündə haqq iddia edən Instagramın enişi əslində çox da anlaşılmaz deyil. İndi görəsən,bundan sonra Instagramı 1 Milyard dollara satın alan Facebook hansı addımları atacaq ?

