Applenin bu yaxınlarda satışa çıxardığı iPhone 5 ilə böyük satış rəqəmlərinə çatması firmanı məmnun edir,amma gənclərin artıq iPhone'nin "cazibədar" yanını itirdiyini düşünməyə başlamasıyla bir xeyli çaşacaq kimi görünür.
Çünki gənclər artıq iPhone'nin dizaynının və bir iPhone sahibi olmanın xüsusi bir tərəfi olmadığını düşünməyə başlayıb. Insites-Consulting adlı firmadan Joeri Van Der Bergh belə deyir.
Van Der Berghə görə gənclərin Apple'dan uzaqlaşmağa başlamasının əsl səbəbi, iPhone 5-in və ondan əvvəl satışa təqdim edilən iPhone 4S-in gənclərə cazibədar gələcək heç bir yenilik ehtiva etməməsidir.
Olduqca bəyənilən iPhone 4 dizaynı, iPhone 4S-də təkrar istifadə edilərkən, iPhone 5 isə yalnız genişlənmiş ekran, daha incə amma uzanan bir dizayn xaricində hər hansı bir yenilik gətirmədiyi üçün gənclərin bir nömrəli seçimi olmaqdan uzaqlaşıb.
Bunun yanında Samsungun Galaxy S3 modeli ilə yeni bir dizayn və bir çox yeniliyi istifadəçilərinə təqdim etməsi, köhnəlmiş görünən iOS-un yerinə davamlı aktuallaşan və görünüşünü də dəyişdirən Android əməliyyat sisteminə sahib olmasıyla gənclərə təsir etməyi bacarıb.
Yenə də son anketlərdə "Bir sonrakı ağıllı telefonunuz hansı olacaq?" sualına verilən cavabların 67%-nin iPhone olduğunu, Samsungun isə 22%-də qaldığını göz ardı etməmək lazımdır.

