Microsoftun uzun müddətdir gözlənilən Windows 8 Pro əməliyyat sisteminə sahib planşeti Surface Pro, 9 Fevralda Amerika və Kanadada satışa çıxarılacaq.
Surface Pronun çıxış tarixi daha əvvəl yanvar ayı olaraq müəyyən edilmişdi amma bu qərar dəyişilərək planşetin fevral ayında satışa çıxacağı açıqlandı.
10.6 düym 1920x1080 piksel həllolma əmsallı ekrana sahib Core i5 prosessorlu Surface Pronun ,64 GB tutumlu modeli 899 Dollar qiyməti ilə satışa təqdim ediləcək. Android planşetlər və iPad'ə qarşı güclü bir rəqib olaraq görülən Surface Pro'nun nə qədər satılacağı indidən bir çoxları üçün maraqlıdır.

