Blogger Widgets




Nokia son illərdə artan bir şəkildə geriləməyə davam edir.Lumia seriyası ilə bu geriləmə bir qədər yavaşısa da yenə də davam etməkdədir.

Windows Phone 8'ə olan tələb analistlərə görə Nokia'nı rahatlatmağa bəs etmir.

Nokia, xüsusilə Lumia 920 və 820 ilə satışlarını artırıb.Amma firmanın ümumi vəziyyətinə baxdıqda bu Nokia'ya bəs eləmir.Keçən aylardan birində Finlandiyadakı mərkəzi binasını satışa çıxaran Nokia ilə əlaqədar Forbes'da maraqlı bir iddia yer alıb.

Forbes'da yer alan yazıya görə Windows Phone 8'li Lumia modellərinin satışları nə qədər yaxşı gedərsə getsin,bu yalnız Nokianın gözlənilən sonunu bir az daha təxirə salacaq.

Proqramlaşdırma tərəfinə yönəlmək istəyən Nokia, iddialara görə mobil və infrastruktur hissəsini Microsoft və Huawei'yə satacaq.Təbii ki,bunla hələ iddiadır amma Nokia'nın ümümi vəziyyətinə baxdıqda olduqca inandırıcı görünür.

Nokianın CEO'su Elop, Nokianın satılacağı xəbərlərini həmişə təkzib edir.Lakin Microsoftdan dəstək alaraq yoluna davam edən nəhəngin, irəlidə satışı gündəmə gələ bilər.

Leave a Reply