Blogger Widgets





Samsung CES 2013 sərgisində Windows Phone 8'li telefonlarla yanaşı Androidli Samsung Galaxy S II Plus telefonunu da istifadəçilərə təqdim edib.

800 x 480 piksel həllolma əmsalı, 4,3 düym Super AMOLED Plus ekrana sahib olan ağıllı telefon gücünü 1,2 GHz sürətində işləyən cüt nüvəli prosessordan alır. 8 GB yaddaşı olan cihaz 64 GB-ə qədər artırıla bilən microSD kart dəstəyinə sahibdir. Cihaz Bluetooth 3.0, USB 2.0, A-GPS, Wi-Fi, Wi-Fi Direct və 21 Mbps HSPA+ dəstəyinə sahibdir.

Android 4.1.2 Jelly Bean əməliyyat sistemli ağıllı telefonda bu xüsusiyyətlərə əlavə olaraq 8 megapiksel arxa kamera, 2 megapiksel ön kamera yer alır.

İstəyə görə NFC texnologiyası da təqdim edilir. 121 qram ağırlığındakı ağıllı telefon NFC ilə 125,3×66,1×8,9 mm, NFC olmadan isə 125,3×66,1×8,5 mm ölçülərindədir. Qara və ağ rəng variantlarıyla gələn Samsung Galaxy S II-nin nə vaxt və hansı qiymətdən satışa təqdim ediləcəyi məlum deyil.

Leave a Reply