Blogger Widgets



2000-ci illərin əfsanəvi texnologiya məhsulları arasında xüsusi bir yerə sahib olanlardan biri də heç şübhəsiz PlayStation 2'dir. 150 milyon satış rəqəminə çatan və indiyə qədər ən yüksək satış rəqəminə çatan oyun konsolu olan PlayStation 2′nin Yaponiyadakı mağazalara göndərilməsinin dayandırılmasının ardından indi də konsolun istehsalının sona çatdırılacağı açıqlandı.

2000-ci ilin oktyabr ayında satışa təqdim edilən PlayStation 2, 2006-cı ildə PlayStation 3 çıxarılana qədər müvəffəqiyyətli bir yol izləmişdi. Xələfinin satışa çıxmasına baxmayaraq PlayStation 2′nin də satışları davam etmiş və Sony gec-gec də olsa konsola müxtəlif yeniliklər etməyi də yaddan çıxartmamışdı.Son günlərdə Sony'nin Playstation 4'ü istifadəçilərə təqdim etməyə hazırlaşdığı iddia edilir,ona görə də Sony'nin bu qərarı başa düşüləndir.

Leave a Reply