Microsoftun Windows Live Messenger xidmətini bu ilin ilk dörddəbirində bağlayacağı təxminən iki ay əvvəl açıqlanmışdı.O vaxt xidmətin nə vaxt bağlanılacağı müəyyən deyildi. Microsoft bu gün Windows Live Messengeri 15 Martda bağlayacağını Messenger istifadəçilərinə göndərdiyi e-poçt ilə açıqlayıb.Microsoft, Windows Live Messengerin 15 Mart tarixindən sonra yalnız Çində istifadə edə biləcəyini ifadə edib.
Microsoft, Windows Live Messenger xidmətini bağlayaraq istifadəçilərinə Skype'a qoşulmağı məsləhət görüb. Şirkət, son yeniləşdirmə ilə birlikdə Windows Live Messengerdə mövcud olan dost siyahınızın bundan belə Skype xidmətində yer alacağını da ifadə edib. PC və Mac xaricində ağıllı telefon və tabletlərdən (planşet) də Skype tətbiqini istifadə etmək mümkündür. Beləliklə ağıllı telefon və tablet sahibləri də Skype tətbiqi vasitəsilə yoldaşlarıyla söhbət edə biləcək. Bunun üçün Skype tətbiqinin son versiyasını yükləməniz və ardından Messenger hesab məlumatlarınızı daxil etməyiniz kifayətdir. Skype"ın Xbox 360 dəstəyinin də bu il içində aktiv edilməsi gözlənilir.

