Blogger Widgets





Bahalı telefon modelləri ilə tanınan Vertu, Android əməlliyat sisteminə sahib ilk telefonu olan Vertu Ti modelini və qiymətini açıqlayıb.

Qualcomm Snapdragon S4 1.7 GHz prosessora və 1 GB RAM-a sahib Vertu Ti, 3.7 düym ekrana sahibdir. 8 MP kamerasıyla 1080p video çəkiliş edə bilən Vertu Ti
, 1.3 mp ön kameraya sahibdir. 64 GB yaddaşa malik olan cihaz, Android 4.0 ilə birlikdə satışa təqdim edilir. 1250 mAhlik batareyaya sahib Vertu Ti'nin qutusunda isə maşın üçün batareya doldurma cihazı, dəri örtük və qulaqcıqlar yer alır.





Vertu Ti İngiltərədə 184 ədəd əl işi parçadan emal edilib və hər Vertu Ti sənətçisinin imzasını daşıyır.

Təchizat xüsusiyyətlərindən çox xarici dizaynı ilə ön plana çıxan Vertu Ti dəri, titanyum və saffir qarışığı bir xarici kassaya sahibdir. Titanium Black Leather, Titanium Pure Black, Titanium Black Alligator və Titanium Black PVD Red Gold olmaqla 4 fərqli modeldə satışa təqdim edilən Vertu Ti'nin hər modelinin dizaynında istifadə edilən materiallara görə özünə məxsus bir satış qiyməti var.Bu qiymətlər isə 10.000 dollar ilə 22.000 dollar arasında dəyişir.

Leave a Reply